Dünya çempionu: Şəmkirdə bir çatışmazlıq var » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Şahmat

Dünya çempionu: Şəmkirdə bir çatışmazlıq var

Dünya çempionu: Şəmkirdə bir çatışmazlıq var


Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2018” turu başa çatıb.

Oxu.Az xəbər verir ki, dünya çempionu Maqnus Karlsen üçüncü dəfə bu turnirin qalibi olub.

Norveçli şahmatçı turnirlə bağlı yekun fikirlərini bildirib:

“Dinq Lirenə qarşı son turda düşündüm ki, mövqeyimə baxıb necə oynayacağıma qərar verəcəyəm. Rəqibin oyununa əsasən çalışdım ki, partiyanı tez bitirməyə çalışım. Ona görə də heç-heçəyə razılaşdım.

Yarışda mübarizə çox da asan alınmadı. Əvvəl də demişdim ki, burda öz oyunumu çox gözəl saymıram. Bəzi komponentlər üzərində işləməyim lazımdır. Demək olar ki, hər şey mənim Veselin Topalovla görüşümdən asılı idi. Yaxşı ki mən ona qalib gəldim. Şəmkirdə mənim hər şey çox xoşuma gəlir. Bunu həmişə qeyd edirəm. Ev sahiblərinin qonaqpərvərliyinə, mənə diqqətlə yanaşmasına valehəm. Sadəcə olaraq bir çatışmazlıq var. O da bura gəlməyin çətinliyidir”.

Qeyd edək ki, Maqnus Karlsen 6 xalla turnirin qalibi olub. Dinq Liren 5,5 xalla II, Şəhriyar Məmmədyarov, Radoslav Voytaşek, Aniş Qiri, Teymur Rəcəbov 4,5 xalla III yeri tutub. Veselin Topalovla Rauf Məmmədov 4 xal, David Navara isə 2,5 xal toplayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *