Şəhriyar Məmmədyarov Maqnus Karlsenə uduzdu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Qatar Masters Open turnirinin 8-ci turunda məğlubiyyətlə üzləşib.
Oxu.Az xəbər verir ki, həmyerlimizin rəqibi norveçli dünya çempionu Maqnus Karlsen olub. Şəhriyar ağ fiqurlarla oynasada uduzub.
Azərbaycan təmsilçisi bu məğlubiyyətdən sonra liderliyi əldən verib. Hal-hazırda o 5,5 xal ilə 5-ci yerdə qərarlaşıb. Turnir cədvəlinə 6,5 xalla Karlsen başçılıq edir.
Turnir sabah başa çatır.
Mənbə:> Oxu.Az