Məmmədyarov Karlseni geridə qoydu
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Dohada keçirilən Qatar Masters Open turnirində liderlik edir.
Oxu.Az xəbər verir ki, 7-ci turda Məmmədyarov ağ fiqurlarla Hindistan təmsilçisi Şehara Qanquliyə qalib gəlib və 5,5 xalla turnir cədvəlində 1-ci yerə yüksəlib.
Norveçdən olan dünya çempionu Maqnus Karlsen və rusiyalı şahmatçı Sənan Sügirov da eyni xal toplayıblar.
Bu gün 8-ci turda Şəhriyar ağ fiqurlarla Karlsenə qarşı oynayacaq.
Diqqətəlayiq haldır ki, bu turnirdə şahmatçımız ağ fiqurlarla oynadığı bütün partiyalarda qalib gəlib. Qara fiqurlarla çıxış etdiyi hər üç qarşılaşmada Şəhriyar heç-heçə edib.
Mənbə:> Oxu.Az