Şəhriyar qalib oldu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Şahmat

Şəhriyar qalib oldu

Şəhriyar qalib oldu


Azərbaycanlı şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess 2016” beynəlxalq turniri Şəhriyar Məmmədyarovun qələbəsi ilə başa çatıb.

Axar.az xəbər verir ki, turnirin iyunun 4-də keçirilən sonuncu turunda Şəhriyar Məmmədyarov lider Aniş Qiri (Hollandiya) ilə qarşılaşıb. Gərgin keçən matçda rəqibini məğlub edən Azərbaycan şahmatçısı turnirin qalibi adını qazanıb.

Ümumiyyətlə, sonuncu turda Azərbaycanın dörd təmsilçisindən üçü qalib gəlib. Digər şahmatçılarımızdan Eltac Səfərli Hindistan təmsilçisi Pentala Harikrişnanı, Rauf Məmmədov çinli Hou Yifanı məğlub edib. Yalnız Teymur Rəcəbov rəqibi Pavel Elyanov (Ukrayna) ilə xalları yarı bölüb.

Digər qarşılaşmada isə rusiyalı Sergey Karyakin italiyalı Fabiano Krauana (ABŞ) ilə heç-heçə oynayıb.

Beləliklə, turnirin yekununa əsasən, Şəhriyar Məmmədyarov və Fabiano Karuana hərəyə 6 xal toplayıblar. Şəhriyar Məmmədyarov səkkizinci turda Fabiano Karuananı məğlub etdiyi üçün turnirin qalibi adına layiq görülüb.

Aniş Qirinin 5,5, Sergey Karyakinin 5, Rauf Məmmədovun isə 4,5 xalı var. Üç şahmatçı - Teymur Rəcəbov, Eltac Səfərli və Pentala Harikrişna hər biri öz aktivinə 4 xal yazdırıb. Pavel Elyanov 3,5, Hou Yifan isə 2,5 xal toplayıb.

Qeyd edək ki, “Shamkir Chess 2016” turniri mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca üçüncü turnirdir. Bundan əvvəlki hər iki turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsen olmuşdu.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *