Tbilisidə Avropa Gənclər Olimpiya festivalı açılıb » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Dünya, Video

Tbilisidə Avropa Gənclər Olimpiya festivalı açılıb – VİDEO

Tbilisidə Avropa Gənclər Olimpiya festivalı açılıb


Tbilisidə Mixail Msexi adına stadionda avqustun 1-nə qədər davam edəcək XIII Yay Avropa Gənclər Olimpiya festivalı açılıb.

Oxu.Az Qruziya Online-a istinadən xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa Gənclər Olimpiya festivalı “Tbilisi 2015”i açıq elan edib.

“Avropa Gənclər Olimpiya festivalı “Tbilisi 2015”i açıq elan edirəm”, - Mixail Mesxi adına stadionda açılış mərasimində baş nazir elan edib.

Bununla yanaşı, Gürcüstan prezidenti Georgi Marqvelaşvili Avropa Gənclər Olimpiya festivalının rəsmi açılışında iştirak etməyib. Prezident administrasiyasında Georgi Marqvelaşvili idmançıları festivalın açılışı münasibətilə Facebook sosial şəbəkəsi vasitəsilə təbrik edib.

Festivalın açılış mərasimində prezidentin iştirak etməməsi məsələsinə gəldikdə isə administrasiyada Olimpiya komitəsinə müraciət etməyi məsləhət görüblər.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *