Azərbaycanın yüngül atleti Rusiyada turnirdə mükafat qazandı
Rusiyanın Jukovsk şəhərində yüngül atletika üzrə ənənəvi beynəlxalq “Znamenski qardaşları memorialı” turniri keçirilir.
Oxu.Az xəbər verir ki, azərbaycanlı idmançı Anna Skidan çəkic atma üzrə yarışlarda 3-cü yeri tutub.
O 69,30 metr nəticə göstərib və yalnız rusiyalı Mariya Bespalova və belorusiyalı Anna Sobolevadan geri qalıb.
Mənbə:> Oxu.Az