Bakı-2015: Cüdo yarışları başladı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Video

Bakı-2015: Cüdo yarışları başladı – CANLI (YENİLƏNİB)

Bakı-2015: Cüdo yarışları başladı


Oxu.Az xəbər verir ki, çüdoçumuz Orxan Səfərov 1/4 finalda isveçrəli Lüdovik Çammartinlə qarşılaşıb. O, qələbə qazanıb, yarımfinala çıxdı.

Nicat Şixəlizadə 1/4 finalda portuqaliyalı Oleiniç Serxiu ilə qarşılaşıb. O, rəqibinə ippon fəndi ilə uduzub.

15:44

Orxan Səfərov belaruslu Arif Bağırovla qarşılaşır. Qeyd edək ki, Arif Bağırov əslən azərbaycanlıdır və hazırda Belarusu təmsil edir. Orxan Səfərov qələbə qazanaraq 1/4 final mərhələsinə çıxdı.

Cüdoçumuz Nicat Şıxəlizadə italiyalı Elio Verde ippon fəndi ilə qalib gəlib və 1/4 finala çıxıb.

14:10

Oxu.Az xəbər verir ki, Tərlan Kərimov startda rusiyalı Mixail Pulyayevə məğlub olub.

Leyla Əliyeva 1/8 finalda belçikalı Şarlin van Snikə uduzub.

Kifayə Qasımova sebriyalı Yovana Roqiçə, Aişə Qurbanlı italiyalı Valentina Moskatta uduzub.

İlqar Müşkiyev də ispaniyalı Franssiko Qarriqosa uduzub.

Nicat Şıxalızadə 1/16 final mərhələsində türkiyəli Sinan Sandal üzərində təmiz qələbə qazanıb.

12:35

Oxu.Az xəbər verir ki, ilk olaraq 48 kq-dək çəki dərəcəsindəki qadın təmsilçimiz Leyla Əliyeva çıxıb Sloveniya idmançısı Kristina Vrşiç ilə üz-üzə gəlib. Leyla Əliyeva qalib élan olunub.

48 kq çəki dərəcəsində daha bir təmsilçimiz Aişə Qurbanlı 1/16 finalda rusiyalı Kristina Rumyantseva ilə gücünə aydınlıq gətirib. O, rəqibinə qalib gəlib və növbəti mərhələyə yüksəlib.

52 kq çəki dərəcəsində Səkinə Zairova 1/16 finalda israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirib. O, rəqibinə məğlub olub.

12:00

Bakı-2015 Avropa Oyunlarının 14-cü günündə cüdo yarışları başlayıb.

Oxu.Az xəbər verir ki, Kifayət Qasımova qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparacaq.

Avropa reytinq cədvəlində 2-ci yerdə olan Orxan Səfərov, 4-cü yerdə olan İlqar Müşkiyev 60 kq çəki dərəcəsində, Nicat Şıxəlizadə və Tərlan Kərimov 66 kq çəki dərəcəsində, Leyla Əliyeva və Aişə Qurbanlı 48 kq çəki dərəcəsində, Səkinə Zayirova 52 kq çəki dərəcəsində tatami üzərində çıxış edəcək.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *