Boksçumuz yarımfinala çıxdı
Qadınlar arasında boks üzrə yüngül çəkidə (57 - 60kq) döyüşlər davam edir.
ANS PRESS-in məlumatına görə, təmsilçimiz Yana Alekseyevna 1/4 finalda rusiyalı rəqibi ilə qarşılaşıb. Bokçumuz Zinayda Dobrini ilə mübarizədən qalib ayrılan tərəf olub. Bu nəticə ilə Yana Alekseyevna yarımfinala vəsiqə qazanıb.
Qeyd edə ki, bu gün azərbaycanlı digər boksçu Xaybula Musalov isə saat 13:30-da kişilər arasında yüngül çəki (75kq) dərəcəsində ən azı bürünc medal qazanmağa zəmanət verən belarus qalib Vitali Bandarenka ilə mübarizə aparacaq.
Gecədə iştirak edəcək bir nömrəli boksçu həmyerlimiz Tayfur Əliyev yarımfinal qarşılaşmasında güclü favoritdir. O, saat 19:30-da kişilər arasında yarım-yüngül (56kq) çəki dərəcəsində rusiyalı Baxtovar Nazirov ilə görüşəcəklər.
Azərbaycanı təmsil edən Teymur MƏMMƏDOV saat 20:15-də yüngül-ağır (81kq) çəki dərəcəsində rus Pavel Silyaqina qarşı yarımfinal görüşü ilə axşam sessiyasına son qoyur.
Mənbə:> ANSPRESS