Cüdo üzrə Olimpiya çempionu restoranda qab yuyur
2014-cü ildə yeniyetmələr arasında Çinin Nanjing şəhərində keçirilən Olimpiya oyunlarında İran komandasına qızıl medal qazandıran Ramin Səfəviyyə hazırda restoranda qab yümaqla məşğuldur.
Bu barədə Oxu.Az "Amerikanın səsi"nə istinadən xəbər verir.
Ramin Səfəviyyə İSNA xəbər agentliyinə müsahibəsində bildirib ki, Cüdo Federasiyası Nanjing Olimpiya Oyunlarından sonra ona heç bir maddi dəstək verməyib.
“Onlar məni taleyimlə baş-başa buraxdılar. Hazırda dolanışıq üçün atamın işlədiyi restoranda qab yuyuram”-deyə o bildirib.
Bəli, Olimpiya çempionu maddi problemlər üzündən cüdo idmanını buraxıb ayda 800 min tümən (230 dollar) maaşa restoranda çalışır.
Olimpiya Oyunlarında cüdo üzrə İrana yeganə qızıl medal gətirmiş Ramin Səfəviyyə Qəzvin şəhərindəndir. Qəzvin vilayətinin böyük əksəriyyətini Azərbaycan türkləri təşkil edir.
Mənbə:> Oxu.Az