Mobil telefonu özünə qadağan edən idmançı
Britaniyalı boksçu Qais Aşfaq Bakı-2015 Avropa Oyunlarında keçirəcəyi hər bir qarşılaşmadan öncə mobil telefonundan istifadə etməyi özünə qadağan edib.
ANS PRESS-in məlumatına görə,keçmiş dünya çempionu Əmir Xan dostuna məsləhət görüb ki, medal qazanmaq üçün bütün diqqətini Facebook səhifəsinə deyil, döyüşə yönəltməlidir:
"Əmir mənim dostumdu. Qlazqo şəhərində keçirilən Həmrəylik Oyunlarında iştirak etdiyim zaman o, mənə zəng edib danladı. Çünki mobil telefonda oyun oynamaqla çox vaxt keçirirəm. Lakin vaxtımın çox hissəsi "Facebook" və "Twitter"də keçir".
Dostunun tövsiyyələrinə əməl edən Qais qarşılaşmamdan beş saat öncədən mobil telefonu kənara atıb. Özünə inanan britaniyalı idmançının Bakıda mübarizə aparması üçün iki hədəfi var - Avropa Oyunlarının qızıl medalını əldə etmək və bu ilin sonunda Dohada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq.
Mənbə:> ANSPRESS