Son atışda çempionluğu rəqibindən qopardı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Son atışda çempionluğu rəqibindən qopardı

Son atışda çempionluğu rəqibindən qopardı


Dünyada №2 olan Andrea Arsoviç (SRB) Bakı 2015-də qızıl medal uğrunda 10 metrdən hava tüfəngi ilə atəş yarışlarının son atışına diqqətini cəmləməli oldu. O, xal hesabında gözlənilmədən önə keçən isveçrəli yeniyetmə Sara Hornunqun əlindən qızılı demək olar son anda ala bildi.

AzNews.info xəbər verir ki, Arsoviç Bakı Atıcılıq Mərkəzində keçirilən 20 yarışmadan dörd final atışının 17-ci, 18-ci və 19-cu atışları üçün ardıcıl olaraq, Hornungun 10.5, 10.7 və 10.7 xallarına qarşı 9.8, 9.9 and 10.2 xal topladı. O, hər bir atışından öncə alqışları qəbul edir, tam sakit halda yarışa qatılırdı.

Lakin Arsoviçin xallarındakı bu qəfil geriləmə Nankin 2014 Yeniyetmələr arasında Olimpiya Oyunlarının qalibi və böyüklər arasında dünya çempionu olan 19 yaşlı Hornunqa lazım olan 2.0 xalı qazanmaq və final atışına keçmə imkanını verdi.

Mən bu zaman hətta xallara heç baxmırdım, Qızıl medalı qazanmaq üçün nə lazım olduğunu bilmirdim, mən sadəcə başımı aşağı salıb diqqətimi cəmlədim və əlimdən gələni etdim.
-Sara Hornunq


Arsoviç isə deyir ki, xalların yazıldığı lövhəni ilk dəfə görəndə, birinci yerdə olduğunu biləndən sonra diqqəti pozulub.

Avropa Oyunları çempionu Arsoviç qızıl medal üçün gücünü toplayıb Hornungun 10.4 xalına qarşı 10.5 xal qazandı və Barbara Enqleder (GER) də bürünc medalla kifayətlənməli oldu.

Hornungun bu səyləri Rio 2016 Olimpiya Oyunlarında İsveçrə üçün həm də kvota yerini təmin etdi.

Seçmə raundlarında lider olan Macarıstanlı Kata Zvikl-Veres xalların digər raundlara keçirilməsi ilə əlaqədar yeni yarış qaydalarının qurbanı olaraq ilk qazanılan xal mərhələsində oyunu tərk edən səkkiz finalçının birincisi oldu.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *