Azad Rəhimov: II Avropa Oyunlarının belə səviyyədə keçiriləcəyini gözləmirəm » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Azad Rəhimov: II Avropa Oyunlarının belə səviyyədə keçiriləcəyini gözləmirəm

Azad Rəhimov: II Avropa Oyunlarının belə səviyyədə keçiriləcəyini gözləmirəm


Mən gözləmirəm ki, II Avropa Oyunları belə səviyyədə keçirilsin.

Oxu.Az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, əsas məqsədimiz Avropa Oyunlarında iştirak edən idmançılarımızın yüksək nailiyyətlər əldə etməsidir.

"Hesab edirəm ki, yeni layihəni dünyaya, Avropa ölkələrinə, idmançılara təqdim etmək və oyunlara marağı artırmaq üçün biz tam düz etdik ki, oyunları məhz belə yüksək səviyyədə keçirdik. Bəlkə II Avropa Oyunlarında belə bir təntənəli Açılış və ya Bağlanış mərasimi keçirilməsin. Hətta ola bilsin ki, bəzi məqamlarda bəzi ölkələr məqamlardan asılı olaraq müəyyən işləri orta səviyyədə təşkil etsinlər. Lakin əsas məqsədimiz Avropa Oyunlarında iştirak edən idmançılarımızın yüksək nailiyyətlər əldə etməsidir. İstərdim ki, gələcək Avropa Oyunlarında dünya rekordları vurulsun".

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *