Azad Rəhimov: Bakıya 20 dövlətin rəhbəri gələcək
Beynəlxalq Olimpiya Komitəsinin üzvləri Monako knyazı II Alber və Lüksemburq Hersoqu tədbirdə iştiraklarını birinci bildirənlərdəndirlər. Oyunların başlamasına yaxın Avropanın Bakıya neçə dövlət rəhbərinin gələcəyi aydın olacaq. Bizim gözləntilərimizə görə bu rəqəm iyrimidən az deyil.
Oxu.Az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta”ya verdiyi müsahibəsində Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan Birinci Avropa Oyunlarının açılışı mərasiminə dünya şöhrətli ulduzları çağırmağı planlaşdırmır.
“Vurğunu milli mədəniyyətimizə edirik. Bütün konsert və teatr meydanları fəal rejimdə çalışacaq, baxmayaraq ki, bu dövrdə əsasən mədəniyyət işçilərinin tətili və ya qastrolları olur. Ümumiyyətlə, idmandan müəyyən bir müddət ayrılmaq istəyənlərin getməyə yeri olacaq.
A.Rəhimovun sözlərinə görə, neftin qiymətinin ucuzlaşması ilə əlaqədar iqtisadi sarsıntılar oyunlara hazırlığa təsir etməyib:
“Biz əvvəlcədən təsdiqlənmiş büdcə üzrə işləyirik. Birinci Avropa Oyunlarını lazımi səviyyədə hazırlamaq bütün ölkə üçün prioritet işdir. Bəzi mühüm layihələrin realizəsini müvəqqəti olaraq dayandırmaq lazım gəlsə də, bu, heç bir halda qarşıdan gələn oyunların hazırlığına aid deyil”.
Mənbə:> Oxu.Az