Azad Rəhimov: Bizim Rusiyadan olan mütəxəssisimiz çoxdur
Bakıda Avropa Oyunlarının keçirilməsi məsələsi gündəmə gələn ilk günlərdən başlayaraq, Azərbaycana ən böyük dəstəyi Rusiyanın Olimpiya Komitəsi göstərib.
Oxu.Az xəbər verir ki, bu barədə I Avropa Oyunlarının Moskvada keçirilən təqdimatında “Vestnik Kavkaza”ya verdiyi eksklüziv müsahibəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bəyan edib.
“2012-ci ilin dekabrında Rusiyanın Olimpiya Komitəsinin prezidenti cənab Jukovun demək olar ki, bir neçə saatlıq Romaya gəlməsini, Oyunların keçirilməsi ideyasına, Bakıya səs verməsini və Moskvaya qayıtmasını heç bir zaman unutmaram. Və bu gün bütün mərhələlərdə bu dəstəyi görürük, bizim üçün Soçi böyük təcrübədir”, - nazir bildirib.
“Yeri gəlmişkən, bizdə Oyunların hazırlanmasında Soçidə çalışan komanda çalışır, bizim Rusiyadan olan mütəxəssisimiz çoxdur. Ona görə də təqdimat – bu hər şeydən öncə Rusiyanın idmansevərləri üçün Oyunlar haqqında daha çox məlumat almaları və əlbəttə ki, bu ilin iyun ayının 12-də televizoru açıb oyunlara baxmaq üçün imkandır”, - Azərbaycanın gənclər və idman naziri sözünü yekunlaşdırıb.
Mənbə:> Oxu.Az