Həsən Əliyev: Ermənini bundan əvvəl təmiz qələbə ilə udmuşdum » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Video

Həsən Əliyev: Ermənini bundan əvvəl təmiz qələbə ilə udmuşdum – VİDEO

Həsən Əliyev: Ermənini bundan əvvəl təmiz qələbə ilə udmuşdum


Döyüşlərim çox çətin keçdi. Əslində qarşılaşdığım rəqiblərin hamısını tanıyırdım. Onlar güclü idmançılardır.

AzNews.info xəbər verir ki, bunu APA TV-yə açıqlamasında Avropa Oyunlarında yunan-Roma güləşi üzrə yarışların bürünc mükafatçısı Həsən Əliyev deyib.

Onun sözlərinə görə, yarımfinalda uduzduğu Ermənistan güləşçisi Miqran Arutyunyanla görüş qabağı ciddi psixoloji gərginlik var idi:

“İlk dəfə keçirilən I Avropa Oyunları, hər kəsin səni izlədiyini bilmək ciddi məsuliyyət idi. Erməni rəqiblə eyni döşəyə çıxmaq həyəcanı birə-beş artırırdı. Nəticə isə gözlədiyimin əksinə oldu. Qələbəyə doğru getdiyim yolda uduzdum. Bu, mənim səhvim idi. Halbuki o idmançını bir neçə il əvvəl təmiz qələbə ilə udmuşdum. Boş yerə xal verdim. İstədim xallarımın sayını artırım, 5 xal yığım ki, sonra 4 xallıq fəndə düşsəm belə, irəlidə olum. Qələbəni tam təmin etmək istəyirdim, amma olmadı”.

Həsən Əliyev ruhdan düşmədiyini və qarşıdan gələn dünya çempionatına ciddi hazırlaşacağını bildirib. Çempionatda birinci olmaq əzmi ilə çalışacağını deyən güləşçi hədəfinin Olimpiada qalibi olmaq olduğunu vurğulayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *