Ermənini məğlub edən güləşçi: "Hələ belə dəstək görməmişdim"
"Məni karyeramda heç zaman Bakıda keçirilən Avropa Oyunlarının final mərhələsindəki kimi dəstəkləməyiblər". Məlumata görə, bunu Rusiyanın yunan-Roma güləşçisi Artyom Surkov deyib.
Bakıda erməni Miqran Arutyunyanı məğlub edərək qızıl medal qazanan Surkov 66 kq çəki dərəcəsində mübarizə aparıb.
"Bakıya qələbə ümidi ilə gəlmişdim və bu tapşırığı uğurla yerinə yetirdiyim üçün çox xoşbəxtəm. Final mübarizəsi ən məsuliyyətlisi idi. Məşğul olmaq istəmirdim. Mənim üçün hələ zaldan belə dəstək olmamışdı. Azərbaycanlılar məni əla dəstəkləyirdilər".
Surkov 2016-cı il Olimpiadası üçün yaxşı şansı olduğunu düşünür. Lakin bundan öncə Las Veqasda keçiriləcək çempionatda lisenziya qazanmaq lazımdır.
Xatırladaq ki, Avropa Oyunlarının 4 ildən bir keçirilməsi nəzərdə tutulub. İlk dəfə isə bu oyunların açılışı iyun ayaının 12-də Bakıda baş tutub.
Mənbə:> ANSPRESS