Həsən Əliyev: Özümü ən bədbəxt insan kimi hiss edirdim » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Güləş

Həsən Əliyev: Özümü ən bədbəxt insan kimi hiss edirdim

Həsən Əliyev: Özümü ən bədbəxt insan kimi hiss edirdim


Bakı 2015-in yarımfinalında erməni rəqibinə uduzan güləşçi Həsən Əliyev məğlub olduğuna görə təəssüfləndiyini bildirib.

Oxu.Az xəbər verir ki, finala vəsiqə qazana bilməyən və erməniyə məğlub olan idmançı bu haqda Facebook-da yazıb.

“Sözün əsl mənasında deməyə ifadə tapmıram. Bir onu deyə bilərəm ki, mənə layiq olmadığım dəyəri verdiniz, layiq olmadığım işi etdiniz. Buna görə millətimin qarşısında baş əyirəm. Bir gün əvvəl özümü ən bədbəxt insan kimi hiss edirdim, bu gün məni ən xoşbəxt insan etdiniz. Bu yaxşılığın qarşısını sadəcə Allah verə bilər, mən acizəm!”.

Xatırladaq ki, mükafatlandırma zamanı başını aşağı salan idmançımızın bu görüntüsü “basinidiktut” haştaqı ilə paylaşılır.

Qeyd edək ki, 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb.

O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb. Dünya çempionumuz bu sınaqdan da uğurla çıxıb – 3:0.

Yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşan Həsən 3:0 hesabı ilə öndə olsa da üstünlüyünü qoruya bilməyib və 5:8 hesabı ilə uduzub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *