Azərbaycanın növbəti qızıl medalı
Azərbaycan güləş ustası Mariya Stadnik qadınlar arasında ilk qızıl medala sahib oldu. 48 kq çəki dərəcəsində sərbəst güləş üzrə yarış Heydər Əliyev Arenasında keçirilib.
AzNews.info xəbər verir ki, Mariya Stadnik bolqarıstan güləşçisi Elitsa Yankovaya qalib gələrək çempion titulunu qazanıb.
Bürünc medal Polşa təmsilçisi Ivona Matkovskaya və Rusiaydan Valentina İslamovaya qismət olub.
Qaliblərə medalları Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.
Bununla da Azərbaycan millisinin Bakı 2015-də qızıl medal sayı 7-yə çatıb.
Mənbə:> AzNews.info