Qızıl medalçımız: "Qız fanatlarım yatmağa imkan vermir" » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Qızıl medalçımız: "Qız fanatlarım yatmağa imkan vermir"

Qızıl medalçımız: "Qız fanatlarım yatmağa imkan vermir"


“Hazırlığımız yüksək səviyyədə keçdiyi üçün əmin idim ki, qalib gələcəm. İlk görüşümdən sonra isə 100% bildim ki, qızıl mənim olacaq”.

Bunu ANS PRESS-ə açıqlamasında yunan-Roma güləşi üzrə yığmamızın üzvü Elvin Mürsəliyev deyib.

O, bildirib ki, ən gərgin döyüşü rus idmançı ilə keçirib: “Ölkəmizdə keçirilən ilk Avropa Oyunlarında yaxşı nəticə əldə etmək bütün idmançıların arzusu idi. Şükür ki, mən öz istədiyimə çatdım. Digər idmançılarımıza da uğurlar arzulayıram. Qələbəmi Azərbaycan xalqına həsr edirəm. İndi qarşıdakı Rioda keçiriləcək Olimpiyadayada uğur qazanmağı qarşıma məqsəd qoymuşam. İnanıram ki, bu yarışda da uğur qazanacağıq”.

Daha sonra Elvin Mürsəliyev yuxusuz olduğunu və bundan şikayətləndiyini bildirib: “Yarış bitəndən sonra gözümə yuxu getməyib. Zənglərin ardı-arası kəsilmir. Fanatlarım çoxalıb. Xüsusilədə qız fanatlarım yatmağa imkan vermir. Yuxusuzluqdan telefonu açıb cavab verə bilmirəm ki, bu kimdir”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *