Erməni idmançılar Bakıya gəldi
I Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançıları Azərbaycana gəlməkdə davam edir.
ANS PRESS-in məlumatına görə, Fransa, Belarus, İsveçrə, Hollandiya, Çexiya, İtaliya, Serbiya və Böyük Britaniyanın idmançıları artıq Azərbaycana gəliblər.
İdmançıları və ölkələrin nümayəndə heyətlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-2015” Əməliyyat Komitəsinin əməkdaşları, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun və birinci Avropa Oyunlarının könüllüləri qarşılayıblar.
Komandanın nümayəndələri xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb. “Bakı-2015” Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah yarışlar başlayana qədər fasiləsiz fəaliyyət göstərəcək.
Qeyd edək ki, artıq Ermənistan idmançıları da paytaxtımıza gəlib. Səssiz-sədasız Azərbaycana gələn idmançılar artıq Atletlər kəndində yerləşdirilib.
Ermənistan 13 iyun tarixindən mübarizəyə qoşulacaq. İlk olaraq güləş üzrə kişilər arasında 59 kq Yunan-Roma Təsnifat Yarışlarında erməni güləşçi Roman Amoyan mübarizə aparacaq.
Mənbə:> ANSPRESS