Daha 8 ölkənin idmançıları Bakıdadır » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Foto

Daha 8 ölkənin idmançıları Bakıdadır – FOTO

Daha 8 ölkənin idmançıları Bakıdadır


Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Çexiya, Belarus, İsveçrə, Hollandiya, İtaliya, Fransa, Serbiya, Böyük Britaniyanın idmançıları Azərbaycana gəliblər.

AzNews.info APA-ya istinadən xəbər verir ki, onları Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri qarşılayıblar.

İdmançılar daha sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar. Qonaqlar arasında sözügedən ölkələrin jurnalistlər və nümayəndə heyətləri də olublar.

4 ölkədən olan media nümayəndələrini Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.

Qeyd edək ki, yarışlara kimi Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev adına Hava limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərəcək.

Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların da 16-sı Olimpiya növləridir.

Daha 8 ölkənin idmançıları Bakıdadır
Daha 8 ölkənin idmançıları Bakıdadır
Daha 8 ölkənin idmançıları Bakıdadır
Daha 8 ölkənin idmançıları Bakıdadır
Daha 8 ölkənin idmançıları Bakıdadır
Daha 8 ölkənin idmançıları Bakıdadır

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *