Bakı-2015-in oyunları bu arenalarda keçiriləcək – FOTO
Bakı-2015 Avropa Oyunları 2 aydan bir az artıq vaxt qalıb. 12-28 iyun tarixlərində keçiriləcək ilk Avropa Oyunlarında 6000-dən çox idmançı iştirak edəcək.
ANS PRESS-in məlumatına görə, yarışlar 18 idman obyektində keçiriləcək: Gimnastik səhnə, velosiped idmanı üçün meydança, su idman növləri və atış mərkəzi, həmçinin Milli stadion.
Artıq sözügedən idman obyektləti tikilib və hazırda son hazırlıq işləri görülür. Bakı 2015 Avropa Oyunlarında idman növlərinin bəzilərinin harada keçiriləcəyini sizə təqdim edirik:
Qılıncoynatma – Kristal Zal. Avropanın ən yaxşı qılıncoynadanları Kristal Zalda öz peşəkar bacarıqlarını göstərəcəklər. Altı yarış günü boyunca təxminən 300 qılıncoynadan yarışlarda iştirak edəcək. Yarışlar həm fərdi, həm də qrup halında baş tutacaq. İdmançılar bu yarışlarda 12 medal dəsti uğrunda mübarizə aparacaqlar.
Taekvondo – Kristal Zal. Taekvondo təkbətək döyüşlərin texniki olaraq sərt növlərindən biridir. Bu idman növü sürət və gücün uyğunluğunu tələb edir. Bu idman növü üzrə yarışlar dörd gün boyunca Kristal Zalda keçiriləcək. İdmançılar 8 medal uğrunda mübarizə aparacaqlar.
Sambo – Heydər Əliyev adına İdman Arenası. Sambo təkbətək döyüşlərin ən müasir növü sayılır. Özündə müxtəlif metodları və texnikaları birləşdirən bu idman növü cüdonun, ciu-citsunun və sərbəst güləşin qarışığı olaraq qəbul edilir.
Atış – Bakı Atıcılıq Mərkəzi. Bütün Avropadan ən təcrübəli idmançılar ən yeni Bakı atıcılıq mərkəzində atış üzrə yarışlarda iştirak edə biləcəklər. Yeddi gün boyunca təxminən 330 qadın və kişi ən yüksək titul üçün mübarizə aparacaq. Bakı Atıcılıq Mərkəzi təxminən 730 tamaşaçı tutur.
Gimnastika – Milli Gimnastik Arenası. Yeni tikilmiş bu arenada üç əsas idman növü üzrə yarışlar keçiriləcək. Bədii gimnastika, akrobatika və aerobika kimi idman növləri üzrə yarışlar baş tutacaq. 446 kişinin və qadının arasında üç gün boyunca fərdi, qrup və qarışıq yarışlar keçiriləcək. İdmançılar 34 medal dəsti uğrunda tər tökəcək. Milli Gimnastika Arenası təxminən 6800 tamaşaçı tutur.
Cüdo – Heydər Əliyev adına İdman Arenası. Cüdo Azərbaycanda ən məşhur idman növlərindən biridir. Cüdoçular 7800 tamaşaçı tutumu olan Heydər Əliyev adına İdman Arenasında öz rəqiblərinə qalib gəlməyə çalışacaqlar. Dörd gün boyunca təxminən 350 cüdoçu fərdi və qrup yarışlarında iştirak edəcəklər. İdmançılar cüdo üzrə yarışlarda 18 uğrunda yarışacaqlar.
Kamandan oxatma – Tofiq Bəhtramov adına Stadion.
Avar çəkmə – Mingəçevir. Mingəçevirdə keçiriləcək avar çəkmə üzrə yarışlarda 350 idmançı iştirak edəcək. Ümumilikdə avar çəkmə üzrə 12 yarış keçiriləcək. Mingəçevir Bakıda 250 km məsafədə yerləşir. Burada mindən çox insan yarışlara hazırlıq üçün abadlıq işləri görürlər. Mingəçevirdə idmançıların istirahət edə və ya məşq edə biləcəyi hovuz da var.
Atletika – Milli stadion. Yüngül atletika üzrə yarışlar Milli stadionda keçiriləcək. Yarışlarda 20 kişi və 20 qadın iştirak edəcək. İki gün ərzində 600 idmançı bu idman növünün bütün kateqoriyalarında ballar qazanmaq üçün mübarizə aparacaq. Onların yığdığı ballar nəticədə qızıl, gümüş və bürünc medalların qazanılmasına imkan verəcək.
Mənbə:> ANSPRESS