Norveçin “Bakı 2015” hədəfi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Norveçin “Bakı 2015” hədəfi

Norveçin “Bakı 2015” hədəfi


Birinci Avropa Oyunlarına doxsan doqquz gün qalıb və Norveç Bakıdan evə azı üç medalla qayıdacağına ümid edir.

ANS PRESS-in məlumatına görə, bu sözləri Norveçin Bakı 2015 nümayəndə heyətinin rəhbəri Tore Ovrebo bildirib.

"Məqsədimiz azı üç medal və bundan əlavə azı beş idman növündə son səkkiz komanda sırasına daxil olmaqdır," – deyə Norveçin Bakı 2015 nümayəndə heyətinin rəhbəri cənab Tore Ovrebo Norveç Olimpiya Komitəsinin bir hissəsi olan və ölkənin elit idmançılarının hazırlanmasına görə məsuliyyət daşıyan “Olympiatoppen”in saytında bildirib. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.

Ovrebo deyib ki, Norveçi güləş, karate, boks, velosiped idmanı, kamandan oxatma, triatlon və atıcılıq idman növləri üzrə təmsil edən idmançılar pyedestala çatmaq üçün potensiala malikdirlər.

Rio 2016 Olimpiya Oyunları üçün atıcılıq və triatlon idman növləri üzrə kvota yerləri Bakı 2015-də qazanıla bilər.

"Norveç komandası üçün məqsəd Bakıda iki kvota yeri tutmaqdır," - deyə cənab Ovrebo bildirib və belə əlavə edib: "Norveç komandası istedad səviyyəsi, ambisiya və yaş baxımından müxtəlifliyi ilə seçilir. Bəzi idman növləri Bakıya medal qazanmaq potensialı olan görkəmli idmançılarla gedir. Digərləri çempionat təcrübəsi qazanmaq və gələcək böyük ambisiyalar üçün bünövrə qoymaq üçün gedirlər."

Ovrebo sözünə belə davam edib ki, bu yarış həmçinin ölkənin bəzi gənc idmançıların inkişaf prosesinin bir hissəsinə çevriləcək: "Avropa Oyunları gənc idmançılar, xüsusən üzgüçülük idmanındakı azyaşlılar üçün müstəsna inkişaf arenası olacaq”.

Ovrebo qeyd edib ki, azyaşlılar arasında ruh yüksəkliyini artırmağa çalışırlar: "Federasiya və Olympiatoppen razılaşırlar ki, Avropa Oyunlarında azyaşlılar qarşısında hədəflər qoyulmamalıdır. Əsas məqsəd ruh yüksəkliyi, motivasiya, öyrənmək və inkişaf olmalıdır."

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *