Dünya Kubokunda 3-cü olduq -SİYAHI » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş, Foto

Dünya Kubokunda 3-cü olduq -SİYAHI – FOTO

Dünya Kubokunda 3-cü olduq -SİYAHI


Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışarı başlayıb. Yarışda Azərbaycanla yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə güləşçiləri iştirak edirlər.

Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə bildirilib ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Belarus və Türkiyə komandaları ilə B qrupunda mübarizə aparır. A qrupunda isə, Rusiya, Kuba, ABŞ və Monqolustan komandaları qüvvələrini sınayır.

Güləşçilərimiz əvvəlcə Türkiyə komandasını 7:1, ardınca isə Belarusu 6:2 hesabı ilə məğlub edib. Qrupun son görüşündə güləşçilərimiz İran komandası ilə qarşılaşıb. Gərgin keçən görüşdə uduzan güləşçilərimiz qrupu 2-ci sırada tamamlayıb. Beləliklə, komandamız digər qrupun ikincisi Rusiya yığması ilə 3-cü yer uğrunda həlledici görüşə çıxıb. Yekunda 4-4 hesablı bərabərlik qeydə alınsa da, xal hesabı ilə Rusiyadan üstün olan yığmamız Dünya Kubokunu 3-cü sırada tamamlayıb və bürünc medallara sahib olub.


A qrupu: I tur
AZƏRBAYCAN - Türkiyə 7:1

57 kq - Yaşar Əliyev - Sezer Akgül 9:3
61 kq - Hacı Əliyev - Munir Recep Aktaş 17:4
65 kq - Toğrul Əsgərov - Sefa Aksoy 11:0
70 kq - Ruslan Dibirhacıyev - rəqib yoxdur
74 kq - Cəbrayıl Həsənov - Söner Demirtaş 6:3
86 kq - Aleksandr Qostiyev - Serdar Böke 4:2
97 kq - Şərif Şərifov - İbrahim Bölükbaşı 2:0
125 kq - Cəmaləddin Məhəmmədov - Tanju Gemici 0:5

A qrupu: II tur
Belarus - AZƏRBAYCAN 2:6

57 kq - Vladislav Andreyev - Cəlal Süleymanov 2:12
61 kq - Dzianis Maksimau - Hacı Əliyev 2:12
65 kq - Azamat Nurikau - Toğrul Əsgərov 2:6
70 kq - Jan Safyan - Ruslan Dibirhacıyev 0:8
74 kq - Ali Şabanau - Cəbrayıl Həsənov 1:1*
86 kq - Amarhaji Mahamedau - Aleksandr Qostiyev 1*:1
97 kq - İvan Yankouski - Şərif Şərifov 1:11
125 kq - Aleksey Şemarov - Cəmaləddin Məhəmmədov 4:3

A qrupu: III tur
İran - AZƏRBAYCAN 7:1

57 kq - Hassan Rahimi - Cəlal Süleymanov 8:2
61 kq - Behnam Ehsanpur - Hacı Əliyev 5*:5
65 kq - Seyid Ahmad Mohammadi - Toğrul Əsgərov 14:10
70 kq - Hassan Yazdani - Ruslan Dibirhacıyev 10:8
74 kq - Morteza Rezai - Cəbrayıl Həsənov 10:0
86 kq - Meysam Mostafajukar - Aleksandr Qostiyev 10:1
97 kq - Reza Yazdani - Şərif Şərifov 1:8
125 kq - Parviz Hadibasmanj - Cəmaləddin Məhəmmədov 12:2

3-cü yer uğrunda
Rusiya - AZƏRBAYCAN 4:4* (28-34)

57 kq - Viktor Rassadin - Yaşar Əliyev 8:1
61 kq - Mürşüd Mütəllimov - Hacı Əliyev 4:9
65 kq - Zaurbek Sidakov - Məhəmməd Müslümov 0:6
70 kq - İsrail Kasumov - Riuslan Dibirhacıyev 6:4
74 kq - Yakubali Şıxcamalov - Murad Süleymanov 4:1
86 kq - Dauren Kuruqliyev - Aleksandr Qostiyev 4:0
97 kq - Yuriy Belonovski - Şərif Şərifov 1:1*
125 kq - Timur Kotsoev - Cəmaləddin Məhəmmədov 1:12


A qrupu B qrupu


I tur ABŞ - Kuba 6:2 İran-Belarus 8:0
Rusiya - Monqolustan 6:2 Azərbaycan - Türkiyə 7:1

II tur ABŞ - Rusiya 4*:4 İran-Türkiyə 7:1
Kuba - Monqolustan 3:5 Belarua-Azərbaycan 2:6

III tur ABŞ - Monqolustan 8:0 Türkiyə-Belarus 3:5
Kuba - Rusiya 4:4* Azərbaycan-İran 1:7


7-ci yer uğrunda: Kuba - Türkiyə 5:3
5-ci yer uğrunda: Monqolustan - Belarus 3:5
3-cü yer uğrunda: Rusiya - Azərbaycan 4:4*

FİNAL görüşü: ABŞ - İran

Dünya Kubokunda 3-cü olduq -SİYAHI
Dünya Kubokunda 3-cü olduq -SİYAHI

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *