“Formula-1”ə “Mercedes” pilotları ilk sırada başlayacaq
Bakıda keçirilən “Formula-1” SOCAR Azərbaycan Qran Prisində ikinci gün də geridə qalıb.
Oxu.Az xəbər verir ki, “Formula-1” üzrə sıralama yarışına yekun vurulub.
Bu dəfə “Mercedes” komandasının pilotu Valteri Botas yarışı lider olaraq bitirib. Onun göstəricisi 1:40,495 olub. İkinci yerdə onun komanda yoldaşı Luis Hamilton olub. O, 1:40,554 göstərici ilə komanda yoldaşına uduzub. Üçüncü yeri isə “Ferrari” komandasının pilotu Zebastian Fetel tutub. Almaniyalı pilot 1:40,797 göstərici ilə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, “Formula-1”də əsas yarış sabah olacaq və saat 16:10-da başlayacaq.
Mənbə:> Oxu.Az