İngiltərə və Fransa darmadağın etdi, Portuqaliya yenə xal itirdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

İngiltərə və Fransa darmadağın etdi, Portuqaliya yenə xal itirdi – VİDEO

İngiltərə və Fransa darmadağın etdi, Portuqaliya yenə xal itirdi


AVRO-2020-nin seçmə mərhələsində daha altı görüş keçirilib.

Oxu.Az xəbər verir ki, A qrupunda ilk matçına çıxan Kosovo millisi Bolqarıstana məğlub olmayıb – 1:1.

Dünya dördüncüsü İngiltərə yığması isə yenə beş qol vurub. Britaniya təmsilçisi bu dəfə Podqoritsada 0:1 hesabda geri düşdüyü rəqibini darmadağın edib – 5:1. Bununla da ingilislər altı xalla vahid qrup lideri olub.



B qrupunda son Avropa çempionu Portuqaliya öz meydanında yenə qalib gələ bilməyib. Bu dəfə Kriştyanu Ronaldunun lideri olduğu Portuqaliya millisi Serbiyanın müqavimətini qırmağı bacarmayıb – 1:1.



Ukrayna millisi isə Lüksemburqa yalnız son dəqiqə qolu ilə qalib gəlib – 2:1. Həmin qolu isə Lüksemburqun portuqaliyalı hücumçusu Jerson Rodriqeş öz qapısına vurub. Bu qələbə ilə Ukrayna dörd xalla qrupa başçılıq edir.

H qrupunda Albaniya yığması gözlənildiyi kimi Andorranı səfərdə məğlub edib – 3:0.



Bu qrupda Fransa yenə dörd top vuraraq qalib gəlib. Dünya çempionları bu dəfə "Qarabağ"ın futbolçusu Hanes Haldoursonun qapısını qoruduğu İslandiya millisini darmadağına məruz qoyub – 4:0. Fransa millisi Türkiyə ilə birgə altı xalla qrupa şərikli başçılıq edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *