Uruqvay millisi “ev sahibini” darmadağın etdi
Rusiyada Futbol üzrə dünya çempionatının 3-cü turu start götürüb.
Oxu.Az xəbər verir ki, A qrupunda parallel olaraq iki oyun keçirilib.
“Volqoqrad Arena”da Səudiyyə Ərəbistanı yığması Misirlə münasibətlərinə aydınlıq gətirməyə çalışıb. Matç 2-1 hesabı ilə Səudiyyə Ərəbistanı yığmasının xeyrinə başa çatıb.
Qollar: Salah (22-ci dəq.), Əl-Fərəc (45+2 dəq.), Saleh Əl-Dosari (90+4 dəq)
Samaranın “Kosmos” stadionunda eyni vaxtda başlayan oyunda isə ev sahibi olan Rusiya Uruqvay millisi ilə üzləşib. Matçda 3-0 hesabı ilə Uruqvay millisi qalib gəlib.
Qollar: Luiz Suares (10-cu dəq.), Laskalt (23-cü dəq.), Kavani (90-cı dəq)
Beləcə son turdan sonra yekun nəticələrə görə, Uruqvay 9 xalla qrupdan birinci, Rusiya 6 xalla xalla ikinci yerdə çıxıb.
Mənbə:> Oxu.Az