Rusiya millisi Səudiyyə yığmasını darmadağın etdi
Moskvanın “Lujniki” arenasında dünya çempionatının ilk matçı keçirilib.
Oxu.Az xəbər verir ki, açılış mərasimindən dərhal sonra ev sahibləri Səudiyyə Ərəbistanı millisini qəbul edib.
Matç 5:0 Rusiya millisinin qələbəsi ilə başa çatıb.
Dünya çempionatının ilk qolu 13-də dəqiqədə vurulub. Cərimə meydançasına göndərilən asmanı Yuri Qazinzki başı ilə qapıdan keçirib.
42-ci dəqiqədə Rusiyanın əks-hücumunu Denis Çerişov ideal sonluqla yekunlaşdırıb. Cərimə meydançasında yaxın məsafədən qapıçıya heç bir şans verməyib.70-ci dəqiqədə Dzüba baş zərbəsi ilə hesabı 3:0-a çatdırıb.
Oyunun əlavə olunmuş dəqiqəsində Çerışev top fərqini dördə çatdırıb. 90+4-cü dəqiqədə Rusiya millisi cərimə zərbəsindən fərqlənib.
Mənbə:> Oxu.Az