Azərbaycan millisi Latviyada qələbə qazandı
Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqası ərəfəsində son yoldaşlıq görüşünü keçirib.
Riqadakı "Dauqava" stadionunda keçirilmiş qarşılaşmada rəqib Latviya yığması olub.
Görüş Qurban Qurbanovun baş məşqçi olduğu komandanın qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı 20-ci dəqiqədə cərimə zərbəsindən sonra Maksim Medvedev açıb. 57-ci dəqiqədə Ramil Şeydayev latviyalı qapıçıdan topu alaraq, Cavid İmamverdiyevə ötürüb. İmamverdiyev isə boş qapıya uzaqdan dəqiq zərbə endirib. 63-cü dəqiqədə isə uzaqdan zərbə ilə Emin Mahmudov 3-cü qolu vurub. Meydan sahibləri yalnız uzatma dəqiqələrində təkbətəkdən təsəlli qolu vurublar.
Mənbə:> Virtualaz.org