Luka Modriç: Azərbaycan çox təhlükəli komandadır » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Luka Modriç: Azərbaycan çox təhlükəli komandadır

Luka Modriç: Azərbaycan çox təhlükəli komandadır


Azərbaycan millisi çox təhlükəli komandadır. Bu seçmə mərhləsinin əvvəlidir. Bizim üçün yaxşı start götürmək vacibdir.

Oxu.Az-ın məlumatına görə, bunu Xorvatiya millisinin futbolçusu Luka Modriç deyib.

“Mən Azərbaycanla oyunu xatırlayıram. Onlar sona qədər mübarizə aparırdılar. Sabah azarkeşlərimiz sevindirməyə çalışacağıq”, - deyə o sözlərinə əlavə edib.

Öz növbəsində Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç qeyd edib ki, rəqibə hörmətlə yanaşırlar.

“Bizə asan rəqib düşməyib. Azərbaycan millisinə Nikola Yurçeviç rəhbərlik edir. O komandanı yaxşı tanıyır və bizə çətinliklər yaradacaq. Hazırlıq üçün az vaxtımız olub. Favorit olduğumuzu bilirik, ancaq diqqətli və səbrli olmalıyıq, - deyə o bildirib”.

Qeyd edək ki, millimizin Xorvatiya ilə görüşü martın 21-də yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 23:45) başlayacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *