Zlatko Daliç: Messi və Ronaldu dünyanın ən yaxşı oyunçularıdır, amma...
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç növbəti dəfə Luka Modriçi tərifləyib.
Oxu.Az xəbər verir ki, o, 2018-ci ilin FIFA-nın ən yaxşı kişi futbolçusu mükafatını qazanmış Luka Modriçin ili olduğunu qeyd edib:
“O, bu mükafata layiqdir. Luka Abu Dabidə keçirilmiş klubların dünya çempionatında ən yaxşı olmuşdu, sonra Çempionlar Liqasını qazandı və Xorvatiyanı dünya çempionatında II yerə daşıdı.
Bilirəm ki, Messi və Ronaldu dünyanın ən yaxşı oyunçularıdır. Ancaq bu il Modriçin ilidir”.
Qeyd edək ki, Luka Modriç daha əvvəl dünya çempionatının Qızıl Topunu qazanıb.
Mənbə:> Oxu.Az