“Avro-2020”nin seçmə oyunları » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Avro-2020”nin seçmə oyunları

“Avro-2020”nin seçmə oyunları


Bu gün futbol üzrə Avropa çempionatının seçmə mərhələsinə start veriləcək.

Virtualaz.org bildirir ki, C, E, G və I qruplarında ümumilikdə 10 qarşılaşma keçiriləcək.

İlk günün maraq doğuran oyunu “Koning Boudevijn” stadionunda oynanılacaq. I qrupunda yer alan, dünya çempionatının bürünc mükafatçısı Belçika millisi Rusiya seçməsi ilə qarşılaşacaq.

Milli komandamız səfərdə Xorvatiya yığmasının qonağı olacaq. Zaqreb şəhərindəki 35 min azarkeş tutumuna malik “Maksimir” stadionunda təşkil olunacaq oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritov və Divan Valkov yan xətt hakimləri, Nikola Popov dördüncü hakim qismində kömək edəcək.

Bu görüş yığmamızın baş məşqçisi Nikola Yurçeviç üçün əlamətdir olacaq. Belə ki, xorvatiyalı mütəxəssis öz ölkəsində millimizin baş məşqçisi kimi debüt edəcək.

İndiyədək Azərbaycan və Xorvatiya milli komandaları iki dəfə üz-üzə gəliblər. Belə ki, final mərhələsi 2016-cı ildə Fransada baş tutan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2014-cü il oktyabrın 13-də səfərdə keçirilən oyun Xorvatiya millisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bir il sonra sentyabrın 3-də Bakıda təşkil olunan matçda isə hesab açılmayıb.

Qeyd edək ki, “Avro 2020”nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birgə “E” qrupunda yer alıb.

Onu da xatırladaq ki, “Avro-2020”nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq. 24 komandadan 4-cü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *