"Qızıl top"u Luka Modriç qazandı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

"Qızıl top"u Luka Modriç qazandı

"Qızıl top"u Luka Modriç qazandı

Dekabrın 4-də “France Football” jurnalının təsis etdiyi “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçirilib.

Virtualaz.org bildirir ki, “Qızıl top” mükafatına Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç layiq görülüb. O, səsvermə nəticəsində "Atletiko Madrid" klubunun hücumçusu Antuan Qrizmanı, "Çelsi" komandasının əsas forvardı Edən Hazardı və Kriştiano Ronaldonu ("Real Madrid"- "Yuventus") qabaqlayıb.

Mərasimdə, həmçinin FIFA tərəfindən bu il ilk dəfə olaraq ən yaxşı gənc (20 yaşa qədər) və qadın futbolçuya da mükafatlar təqdim edilib. Ən gənc kişi futbolçusu nominasiyasında qalib Fransanın PSJ komandasının hücumçusu Kilyan Mbappe olub. Ən yaxşı qadın futbolçu adına isə Fransanın "Lion" klubunun hücumçusu Ada Heqerberq layiq görülüb.

Qeyd edək ki, "France Football” jurnalı 1956-cı ildən etibarən ilin ən yaxşı futbolçusunu təltif edir. Bu mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub. Kriştiano Ronaldo və Lionel Messi mükafatı ən çox qazanan futbolçulardır. Onlar hərəyə beş dəfə “Qızıl top”a sahib olublar.
"Qızıl top"u Luka Modriç qazandı
"Qızıl top"u Luka Modriç qazandı



Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *