“Qızıl top”a namizədlərin adları açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

“Qızıl top”a namizədlərin adları açıqlandı – SİYAHI

“Qızıl top”a namizədlərin adları açıqlandı

“France Football” nəşri dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat bazar ertəsi, oktyabrın 24-də, nəşrin saytında yerləşdirilib.

Yekun siyahıya 30 futbolçunun adı daxil edilib: Serxio Aquero, Kevin de Bruyne (“Mançester Siti”), Pyer-Emerik Obameyanq (“Borussiya” Dortmund), Qaret Beyl, Kriştianu Ronaldu, Toni Kroos, Luka Modriç, Serxio Ramos (“Real” Madrid), Canluici Buffon, Paulo Dibala, Qonzalo İquain (“Yuventus”), Diyeqo Qodin, Antuan Qrizmann, Koke (“Atletiko”), Zlatan İbrahimoviç, Pol Poqba (“Mançester Yunayted”), Andres İniesta, Lionel Messi, Neymar, Luis Suarez (“Barselona”), Robert Levandovski, Tomas Müller, Manuel Noyer, Arturo Vidal (“Bavariya”), Uqo Loris (“Tottenhem”), Riyad Marez, Cemi Vardi (“Lester Siti”), Dmitri Paye (“Vest Hem”) Ruy Patrisiu (“Sportinq”).

Xatırladaq ki, ötən il bu mükafatın sahibi Argentina millisinin və “Barselona” komandasının ulduzu Lionel Messi olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *