"Barselona" 300 milyonluq təklifdən imtina etdi
"Barselona" 300 milyon avroluq təklifi qəbul etməyib.
Qaynarinfo İspaniyanın yüksək tirajlı "El Pais" qəzetinə istinadən xəbər verir ki, "Mediapro" şirkəti "Nou Kamp" stadionunun ad hüququnu almaq istəyir və bunun üçün kataloniyalılara 300 milyon arvo təklif edib.
Klub rəhbərliyi isə şirkəti yaradanlardan olan Caume Ruresin hazırda həbsdə olan "Barselona"nın sabiq prezidenti Sandro Rosellə qarşı qaldırdığı məhkəmə iddiasını geri götürmədiyindən təklifə yox cavabı verib.
Mənbə:> Qaynarinfo.az