"Barselona"dan 160 milyon avroluq rekord » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Barselona"dan 160 milyon avroluq rekord

"Barselona"dan 160 milyon avroluq rekord


Katalonların yeni sponsoru NİKE olacaq.

"Barselona" sponsoru olan NİKE firması ilə yeni sözləşmə imzalamağa hazırlaşır. ANS PRESS-in məlumatına görə, yeni müqavilənin şərtlərinə əsasən, NİKE Kataloniya təmsilçisinə ildə 100 milyon avro ödəyəcək.

Yayılan məlumata görə, tərəflər arasında artıq razılıq əldə olunub. Məsələ rəsmiləşəcəyi halda "Barselona" sponsorluq anlaşmasına görə rekorda imza atacaq. Belə ki, son çempion Adidasın "Mançester Yunayted"ə verdiyi 92 milyon avrodan daha çox qazanacaq.
"Barselona"dan 160 milyon avroluq rekord

Bundan başqa komandanın forma sponsoru olan Qətər Hava Yolları da 35 milyonluq sponsorluq müqaviləsini yeniləyərək, məbləği 25 milyon artırıb.

Bu il "Barsa" ardıcıl ikinci dəfə İspaniya çempionu olub. Komanda çempion olduğu üçün hər futbolçusu 300 min avro mükafat alacaq. Ötən il də İspaniya La Liqasının qalibi "Barselona" klubu olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *