İniyesta “Barselona”nı şəraba dəyişdi
“Barselona”nın yarımmüdafiəçisi Andres İniyesta şəraba görə Çinin “Tyançzin Çyuançzyan” klubuna keçir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İspaniyanın “Marca” nəşri yazır.
Nəşrin məlumatına əsasən, ispaniyalı Çinə köçəndən sonra şərab biznesi ilə məşğul olmaq niyyətindədir. Yarımmüdafiəçi il ərzində Çin bazarına iki milyon şüşə şərab çıxarmaq istəyir.
Hazırda İniyestanın şərab şirkəti bir ilə 700 min müxtəlif növ spirtli içki satır. İspaniyada futbolçunun biznesi zərərlə işləyir.
Mənbə:> Oxu.Az