“Barselona” Neymarı məhkəməyə verdi
İspaniyanın “Barselona” klubu keçmiş futbolçusu Neymarı məhkəməyə verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə komandanın Twitter hesabında yerləşdirilən bəyanatda deyilir.
Kataloniya klubunun rəhbərliyi PSJ-nin hücumçusundan ona müqavilənin uzadılmasına görə ödənilən bonusun bir hissəsini qaytarmağı tələb edir. “Barselona” braziliyalıdan 8,5 milyon avro və bu məbləğin əlavə 10 faizini almaq niyyətindədir.
Həmçinin bildirilir ki, əgər futbolçu bu məbləği ödəməsə, məsuliyyəti yeni klubu PSJ öz üzərinə götürməlidir.
Xatırladaq ki, 2013-cü ildən “Barselona”da çıxış edən Neymar cari ilin avqustun 3-də 222 milyon avroya Fransanın PSJ klubuna transfer olunub.
Mənbə:> Oxu.Az