“Vorskla”nın baş məşqçisi: Əsas nəticə idi, onu da əldə etdik
Oyundan öncə də qeyd etmişdim ki, “Qarabağ” güclü rəqibdir. Amma biz bu gün verdiyimiz tapşırığın öhdəsindən gəldik. Əsas məsələ nəticə idi. Bunu da əldə etdik.
Oxu.Az xəbər verir ki, bunu UEFA Avropa Liqasının III turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Vorskla” (0:1) oyunundan sonra Ukrayna komandasının baş məşqçisi Vasili Saçko deyib:
“Əlbəttə ki, yaxşı oynamaq üçün bunun üzərində işləmək lazımdır. İntizamlı oynamağa çalışdıq. “Qarabağ”ın da kifayət qədər qol imkanı oldu. Daha çox müdafiədən oynadıq. Ancaq onlar bundan istifadə etdi.
Qarşıdakı oyunlarda daha çox xal yığmağa çalışacağıq. Hazırda 3 cəbhədə mübarizə aparırıq. Bunun üçün yetərincə oyunçumuz olmalıdır.
Bakını belə gözəl bilməzdim. “Qarabağ”a növbəti tur istisna olmaqla, qalan iki oyunda uğurlar arzulayıram”.
Mənbə:> Oxu.Az