“Nəticə də qənaətbəxşdi” - “Monako”nun baş məşqçisi
Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ"la Bakıda 1:1 bərabərə qalan Fransa "Monako"sunun baş məşqçisi Leonardo Jardim mətbuat konfransında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, 41 yaşlı mütəxəssis komandasının 2-ci hissədəki oyunundan razı qaldığını bildirib:
- İlk yarıda "Qarabağ" daha üstün futbol oynadı. Fasilədən sonra təşəbbüsü ələ ala bildik.
- Bu gün "Monako" 1 xal qazandı, yoxsa 2 xal itirdi?
- Başlıca məqsədimiz qələbə qazanmaq idi. Amma bu nəticə də qənaətbəxşdi.
- İlk yarıda "Qarabağ"ın futbolçusu yerdə qaldı və təmsilçimizin kapitanı topu meydandan çıxardı. Lakin futbolçularınız topu qaytarmadılar. Bunu nə ilə əlaqələndirərsiniz?
- Bu, hakimin qərarı idi.
Mənbə:> Qafqazinfo.az