"Qarabağ" "Neftçi"dən daha güclüdü" - "Rudar"ın baş məşqçisi
Çernoqoriyanın "Rudar" klubunun baş məşqçisi Mirko Mariç Bakıda mətbuat konfransı keçirib. ANS PRESS-in məlumatına görə, çalışdırıc Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib:
"Bizim üçün çətin oyun olacaq. “Qarabağ”ı yaxşı tanıyırıq. Ötən il Avropa Liqasının qrup mərhələsində oynayıblar. Bilirik ki, ötənilki heyəti qoruyub saxlayıblar. Rəqibin bəzi oyunlarını izləmişik. "Qarabağ" Avropa komandalarından fərqlənmir. Onlara hörmət edirik. Ancaq sabah qələbə üçün əlimizdən gələni edəcəyik. Sonda bilinəcək ki, qalib kim olacaq. Bilirik ki, rəqibin heyətində həm gənc, həm də təcrübəli futbolçular var. Ancaq onların əksəriyyəti Avropa təcrübəsinə malikdi.
"Rudar" klubunun baş məşqçisi Mirko Mariç
"Qarabağ" maliyyə imkanları da yaxşı oyunçular almağa şərait yaradır. Bu mövsüm avrokuboklarda növbəti Azərbaycan - Çernoqoriya dueli yaşanacaq. Mən "Mladost"un "Neftçi"yə qarşı hər iki oyununu izləmişəm. Deyim ki, "Qarabağ" "Neftçi"dən daha güclüdü. Ona görə bizə "Mladost"la müqayisədə daha çətin olacaq.
Qurban Qurbanov: "Kim güclüdü, onlar da meydanda olacaq"
"Qarabağ"a sabah 20 min azarkeş qarşısında oynamaq asan olacaq. Biz isə buna görə çətinliklə üzləşə bilərik. Çünki çempionat oyunlarımızı adətən yüzə yaxın azarkeşin gözü qarşısında keçiririk. Yadıma gəlir ki, iki il öncə Polşada məhz belə izdiham qarşısında məğlub olmuşduq. Nəticəyə gəlincə, sabahkı oyunda qələbə qazanmaq istəyirik. "Qarabağ" imkan versə, qələbə qazanarıq".
Mənbə:> ANSPRESS