“Neftçi” liderliyi “Qarabağ”dan aldı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

“Neftçi” liderliyi “Qarabağ”dan aldı – VİDEO

“Neftçi” liderliyi “Qarabağ”dan aldı


Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Oxu.Az xəbər verir ki, turun açılış matçında “Neftçi” öz meydanında “Səbail”i darmadağın edib – 4:0. Braziliyalı Dario Frederiko və seneqallı Baqaliy Dabo dublla “ağ-qaralar”ın qələbəsinə töhfə veriblər.

Turnir cədvəlinin lideri “Qarabağ” isə Masazırda debütant “Sabah”ın qonağı olub. “Əlincə Arena”da keçirilən görüşdə Ağdam təmsilçisi meydan sahiblərinin müqavimətini yalnız son dəqiqələrdə qıra bilib.

82-ci dəqiqədə Miçel və 88-ci dəqiqədə İnosent Emeqara həftəsonu İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq “Qarabağ”a qələbə qazandırıb.

Bununla da “Qarabağ” və “Neftçi” xalını 16-ya yüksəldib. Lakin top fərqinə görə “Neftçi” yenidən liderliyə yüksəlib.

Qeyd edək ki, sabah tura “Qəbələ” – “Keşlə” və “Sumqayıt” – “Zirə” görüşləri ilə yekun vurulacaq.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *