“Neftçi” liderliyə yüksəldi, “Sumqayıt” darmadağınla yadda qaldı
Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.
Virtualaz.org bildirir ki, turun son oyununda debütant "Sabah" "Sumqayıt"ı qəbul edib.
"Əlincə Arena"da keçirilən görüşdə hesabı meydan sahibləri açsalar da, oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1.
Beləliklə, "Sumqayıt" cari mövsümdə ilk qələbəsini darmadağınla əldə edib.
Xatırladaq ki, turun ilk 3 oyununda "Qarabağ" səfərdə "Səbail"ə 1:0, "Neftçi" evdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəlib, "Zirə" isə "Keşlə" ilə heç-heçə edib - 1:1.
* * *22:44
Avqustun 19-da Topaz Premyer Liqasının ikinci turunun mərkəzi oyununda "Qəbələ" və "Neftçi" üz-üzə gəlib. Oyun paytaxt təmsilçisinin meydanında - "Dalğa Arena"da keçirilib.
Virtualaz.org bildirir ki, qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb (2:1).
Beləliklə, paytaxt komandası bu mövsüm çempionatda ikinci qələbəsini qazanıb və Robert Bordinin yetirmələri 6 xalla Premyer Liqanın liderli olublar.
Qeyd edək ki, bu rəqiblər indiyədək ölkə çempionatında 40 dəfə üz-üzə gəliblər. Matçların 17-də "Neftçi", 15-də "Qəbələ" qələbə qazanıb, 8 qarşılaşma isə heç-heçə yekunlaşıb.
"Neftçi" növbəti oyununu səfərdə "Qarabağ"a qarşı keçirəcək. "Qəbələ" isə eyniadlı şəhər stadionunda "Sumqayıt"ı qəbul edəcək.
Mənbə:> Virtualaz.org