Murad Məmmədov Minskdə çempion oldu
Belarusun paytaxtı Minskdə yunan-Roma güləşi üzrə Oleq Karavayevin xatirə turniri yekunlaşıb.
Oxu.Az xəbər verir ki, üçüncü yarış günündə yığmamız baş məşqçi Şaban Donat və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında daha iki medal qazanıb.
Murad Məmmədov (60 kq) “qızıl”ı, İslam Abbasov (87 kq) isə “gümüş”ü boynundan asıb. Son Avropa çempionu Eldəniz Əzizli (55 kq) isə üçüncü yer uğrunda görüşdə uduzub və nəticədə beşinci yerlə kifayətlənməli olub.
Xatırladaq ki, daha öncə Taleh Məmmədov (63 kq) qızıl, Rafiq Hüseynov (82 kq) isə bürünc medal qazanıb. Beləliklə, Minskə səkkiz güləşçi ilə yollanmış millimiz xatirə turnirində dörd medal (iki qızıl, bir gümüş, bir bürünc) medal əldə edib.
Qeyd edək ki, yarışların hakimləri sırasında həmyerlimiz Elman İsmayılov da olub.
Mənbə:> Oxu.Az