“CBC Sport”dan “Şerif” - “Qarabağ” oyunu barədə açıqlama - Yayımlanmayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Media

“CBC Sport”dan “Şerif” - “Qarabağ” oyunu barədə açıqlama - Yayımlanmayacaq

“CBC Sport”dan “Şerif” - “Qarabağ” oyunu barədə açıqlama - Yayımlanmayacaq


Sabah Avropa Liqasının pley-off mərhələsində Bakı vaxtı ilə saat 21-də başlayacaq "Şerif” - "Qarabağ” oyunu canlı yayımlanmayacaq.

Azxeber.com xəbər verir ki, bu barədə "CBC Sport” telekanalının rəsmi "Facebook” səhifəsində yaymlanan bəyatanda bildirilir.

Bəyanatda deyilir:

"CBC Sport” telekanalı bəyan edir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin avqustun 23-də keçiriləcək "Şerif” - "Qarabağ” görüşünü yayımlaya bilməyəcək. Bunun səbəbi oyunun yayım hüququna malik olan "Şerif” Futbol Klubunun yayım üçün çox böyük məbləğ istəməsidir. Moldova klubunun tələb etdiyi məbləğ bu səviyyədə bir oyun üçün real məbləğin 10 qatıdır.

"CBC Sport” telekanalı qarşı tərəfə əvvəlcə siqnal mübadiləsi, sonra isə daha aşağı məbləğ təklif etsə də, "Şerif” FK Moldova kanallarının heç birinin Bakıdakı görüşə maraq göstərməməsini əsas gətirərək ilk oyunun çəkilişinə və yayımına görə bizdən tələb etdiyi məbləğdə güzəştə getmədi.

Ötən il də bu komandaların UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki oyununda buna bənzər hadisə yaşanmış, yenə "Şerif” FK-nın istədiyi qeyri-real məbləğ səbəbindən oyunun Azərbaycana yayımı baş tutmamışdı.

Hazırda ölkəmizdə bu oyuna maraq göstərən kanallar üçün danışıqlar prosesi açıq olaraq qalır. Amma öz tərəfimizdən təəssüf hissi ilə bəyan edirik ki, "Şerif” - "Qarabağ” görüşü yuxarıda qeyd olunan səbəblərlə əlaqədar "CBC Sport” kanalında olmayacaq.

İzləyicilərimizin, azarkeşlərin və futbol ictimaiyyətinin bu qərarı anlayışla qarşılayacağına ümid edirik”.

Qeyd edək ki, moldovalılar bu qarşılaşmanın yayımı üçün Azərbaycan kanalından 150 min avro tələb edib.

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *