"Şerif"in baş məşqçisi: "Qarabağ"la oyunda nəyimiz varsa, ortaya qoyacağıq" » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

"Şerif"in baş məşqçisi: "Qarabağ"la oyunda nəyimiz varsa, ortaya qoyacağıq"

"Şerif"in baş məşqçisi: "Qarabağ"la oyunda nəyimiz varsa, ortaya qoyacağıq"


"Qarabağ" çox güclü komandadı. Topa yaxşı nəzarət edirlər, hücum futbolu oynamağı sevirlər. Ötən mövsüm Çempionlar Liqasında parlaq çıxış ediblər. Bu səbəbdən, iki hissəlik mübarizənin sabahkı birinci hissəsi ağır olacaq".

Bu sözləri Moldovanın "Şrif" klubunun baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ”la ilk oyunuöncəsi keçirilən mətbuat konfransında deyib.

Sabahkı qarşılaşma ilə bağlı fikirlərini bölüşən xorvatiyalı mütəxəsis meydana sərfəli nəticə üçün çıxacaqlarını bildirib: "Komandamızda hər şey qaydasındadı. Zədəli futbolçularımız yoxdu. Bu gün son olaraq, oyunçularımızın hansı vəziyyətdə olduğunu görəcəyik və sabah hansı start heyəti ilə mübarizə aparacağımızı müəyyənləşdirəcəyik. Taktiki planda bir az dəyişiklik edəcəyik. Rəqibə uyğun oyun üslubu seçəcəyik. Futbolçularda özünəinam maksimum dərəcədədi. Hamı uğurlu nəticəyə inanır. İki gün öncə də səfərdə qalib gəldiyimiz çətin oyunumuz olub. Sabah bir qədər fərqli oynaya bilərik. Meydana yaxşı nəticə qazanmaq üçün çıxacağıq. Müdafiədə çox yaxşı çıxış etməliyik. Çünki "Qarabağ"ın çox texnikalı, sürətli oyunçuları var. Görünür ki, oyun strukturu çox yüksək səviyyədədi. Bir tərəfdən, komanda daha çox əks-hücumda çıxış edir. Bu oyun üslubu "Şerif"ə uyğundu. Digər tərəfdən, daha çox texnikalı, mövqe oyunu sərgiləyir. Bunlar iki fərqli fəlsəfədi. Hər iki halda şans var".

Baş mşqçi bildirib ki, məqsəd ən yaxşı oyunlarını göstərməkdi: "Çünki qrup mərhələsinə vəsiqə şansımız var. Birmənalı olaraq, nəyimiz varsa, ortaya qoyacağıq. İlk oyunda azarkeş amili daha yaxşı oyun göstərmək baxımından bizə kömək edə bilər. Lakin zəif cəhətləri də var. Öz yüksək keyfiyyətlərimizi göstərərək, bu məqamlardan yararlanmağa çalışacağıq. Əlbəttə, çətin olacaq. Lakin komandamız hazırdı".

Mənbə: Qaynarinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *