Məsciddən peyğəmbərin saqqalını oğurladılar
Ramazan ayı münasibətilə Kocaeli vilayətindəki məscidlərdən birində nümayiş üçün gətirilən peyğəmbərin saqqalı oğurlanıb.
Oxu.Az bu barədə milliyet.com.tr-ə istinadən xəbər verir.
Qeyd edək ki, “Sakal-ı Şerif” İstanbuldakı Topqapı sarayında saxlanılır və dini bayramlarda sərgilənmək üçün Türkiyənin müxtəlif vilayətlərinə aparılır.
Dəyirməndərə Yalı məscidində çalışanlar gecə saatlarında yoxlama zamanı sabah nümayiş etdiriləcək “Sakal-ı Şerif”in kilidli qutuda olmadığını aşkar ediblər.
Bu barədə dərhal polisə məlumat verilib və hadisə ilə bağlı araşdırma başlayıb.
Mənbə:> Oxu.Az