Məhəmməd Peyğəmbərin karikaturası metroda yasaqlanıb
Belə bir təşəbbüslə azad ifadə kampaniyaçı qruplarından biri çıxış etmişdi.
Amerika Azadlığı Müdafiə Təşəbbüsü (The American Freedom Defense İnitiative - AFDİ) adlı qrup Məhəmməd Peyğəmbərin Texasda keçirilmiş sərgidə qalib gəlmiş kariktarasını nəqliyyatda nümayiş etdirmək istəyirdi.
Bu ayın əvvəllərində keçirilmiş həmin sərginin yaxılnlığında polis iki silahlını öldürmüşdü.
Vaşinqtonun nəqliyyat rəhbərliyi metroda bütün növdən olan siyasi, dini və təbliğat plakatlarının nümayiş etdirilməsini yasaqlayıb.
ABŞ paytaxtının nəqliyyat idarəsinin şurasında keçirilən səsvermənin nəticəsində metroda “məqsədli” elanların nümayiş etdirilməsinə qadağan qoyulub.
AFDİ-nin təsisçisi Pamela Geller nəqliyyat rəhbərliyinin qərarını azad ifadə üzərinə hücum kimi pisləyib.
Xanım Geller öz internet saytında yazır: "Terrorun qarşısından geri çəkilmək məğlubiyyətdir. Bu qorxaqlar deyə bilərlər ki, adamların təhlükəsizliyini təmin edirlər, lakin məncə, bunun əksi baş verir. Onlar hər yeri amerikalılar üçün təhlükəyə çevirirlər”.
Sözügedən karikaturada təsvir edilmiş peyğəmbər əlində qılınc tutub və “Mənim şəklimi çəkmək olmaz” deyir.
Bunun cavabında karikaturadakı rəssam “Elə ona görə də çəkmişəm” söyləyir.
Tənqidçilər xanım Gellerin təşkilatını “nifrət yayan qrup” kimi qiymətləndirirlər.
Onun təşkilatı 2012-ci ildə Çikaqo, Filadelfiya və San-Fransiskonun metrolarında ziddiyyətli plakatların nümayişini təşkil etmişdi.
Pamela Geller özünün qatı “antimüsəlman” mövqeyi ilə ad çıxarıb. O, Manhettendə Müsəlman Mərkəzinin tikilməsinə etiraz bildirməklə məşhurlaşıb.
Texasın Qarland şəhərində Məhəmməd İncəsənət Sərgisinin təşkilatçısı olan Pamela Geller bəyan edib ki, ABŞ konstitusiyasının birinci maddəsi bütün amerikalılara azadlıq verir.
“Biz Məhəmmədin şəklini ona görə çəkirik ki, azadıq” – deyib Geller (BBC).
Mənbə:> Virtualaz.org