Messili Argentinanı darmadağın etdilər » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Messili Argentinanı darmadağın etdilər

Messili Argentinanı darmadağın etdilər


Futbol üzrə dünya çempionatında “D” qrupunun ikinci turunun matçı keçirilib.

Oxu.Az xəbər verir ki, Nijni Novqorod şəhərində keçirilən oyunda Messili Argentina millisi Xorvatiya yığması ilə qarşılaşıb. Oyun 3:0 hesabı ilə Xorvatiyanın xeyrinə başa çatıb.

Gərgin mübarizə şəraitində keçən matçda hesab oyunun 53-dəqiqəsində açılıb. Rebiç qapıçının səhvini baxışlamayaraq qarşısıalınmaz zərbə ilə qol vurub.

80-ci dəqiqədə Luka Modriç top fərqini ikiyə çatdırıb. "Real" klubunun yarımmüdafiəçisi mundialda sayca ikinci qolunu vurub.

İkinci hissənin əlavə olunmuş ilk dəqiqəsində Rakitiç fərqlənərək darmadağının əsasını qoyub. İki turun nəticəsinə görə altı xal toplayan Xorvatiya artıq pley-offa vəsiqəni təmin edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *