"Bülbül"lər "Qartal"ları meydanda vurdu – FOTOREPORTAJ
Türkiyədə Spor Toto Super Liqasının 25-ci turuna yekun vurulub.
ANS PRESS-in məlumatına görə, turun son oyun günündə Şükrü Saracoğlu stadionunda "Fənərbağça" və "Beşiktaş" klubları qarşılaşıblar.
Gərgin keçən oyunda hesab son dəqiqələrdə açılıb - "Fənərbağça"nın futbolçusu Mussa Sou fərqlənib - 1:0.
Martın 21-də isə Rəcəb Tayyib Ərdoğan stadionunda "Qalatasaray" və "Kasımpaşa" klubları üz-üzə gəlmişdi. Sarı-qırmızılılar rəqibinə 3:2 hesabı ilə qalib gəlmişdi.
Beləliklə, Superliqada "Qalatasaray" 55 xalla 1-ci, "Beşiktaş" 54 xalla 2-ci, "Fənərbağça" isə 54 xalla 3-cüdür.
Mənbə:> ANSPRESS